AZ

İtaliyalı mütəxəssis "Mançester Yunayted"in 15 milyonluq təklifini geri çevirdi

Baş məşqçi axtarışında olan "Mançester Yunayted" "Əl-Hilal"ın çalışdırıcısı Simone İnzaqi ilə razılığa gələ bilməyib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Mənbənin məlumatına görə, 49 yaşlı italiyalı mütəxəssis ildə 15 milyon funt sterlinq maaş təklifini qəbul etməyib. 

"Mançester Yunayted" bazar ertəsi Ruben Amorimi istefaya göndərib.

İnzaqi 2025-ci ilin iyun ayında Səudiyyə Ərəbistanı təmsilçisini çalışdırır. O, "Əl-Hilal"la iki illik müqavilə imzalayıb.

Seçilən
59
2
fanat.az

3Mənbələr