AZ

Nazir Venesuelada ölənlərin siyahısını açıqladı

Venesuelanın daxili işlər naziri Nikolas Maduronun qaçırılması əməliyyatı zamanı ölənlərin və yaralananların sayına aydınlıq gətirib.

"Yeni Sabah" CNN-ə istinadla xəbər verir ki, Diosdado Kabello qeyd edib:

"100 nəfər ölüb. Təxminən bir o qədər də yaralı var".

Kobello ölənlərin "münaqişə ilə əlaqəsi olmadığını" iddia edib.

ABŞ-nin Maduronu ələ keçirmək əməliyyatı zamanı 30-dan çox kubalı həlak olub.

“Mülki vətəndaşlar, evlərində olan qadınlar ölkəmizə atılan güclü bombalarla vurulub”, - nazir izah edib.

Xatırladaq ki, Venesuela ordusu ölən 23 hərbçinin siyahısını dərc edib. Kuba hökuməti isə Venesuelada 32 kubalının öldüyünü bildirib.


Telegram kanalımız
Seçilən
84
2
yenisabah.az

3Mənbələr