AZ

Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək

Bakıda AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursu təşkil olunacaq.

İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, kurs dörd mərhələdən ibarət olacaq.

İlk mərhələ 9-12 fevral, ikinci mərhələ 16-19 mart, üçüncü mərhələ 13-16 aprel, dördüncü mərhələ isə 11-15 may tarixlərində keçiriləcək.

Kursda iştirak üçün ödəniş məbləği 1000 manat təşkil edir. Müraciətlər həftənin I-V günləri, saat 08:00-dan 17:00-dək qəbul olunacaq. Sənədlərin qəbulu 30 yanvar tarixində başa çatacaq.

İdman.Biz
Məqalədə:
Seçilən
72
4
idman.biz

5Mənbələr