AZ

Salyandakı istehsalı müəssisəsinin ilbizləri Avropa İttifaqına ixrac ediləcək

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindənhəyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsindəSalyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog”MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinəixrac üçün qeydiyyata alınıb.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, Agentliyin təqdim etdiyi məlumatlar əsasındamüəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropaİttifaqının TRACES (Trade Control and Expert System) elektronplatformasında müvafiq siyahıya daxil edilib.

Bununla da sözügedən müəssisə ölkəmizdə ilbiz istehsalısahəsində Avropa İttifaqı bazarına çıxış əldə edən ilk istehsalçımüəssisə olub.

Məlumat üçün bildiririk ki, daha öncə Avropaya dəri, kürü vəqurbağa ayağı məhsullarının ixracına icazə alınıb.

Seçilən
97
7
az.trend.az

10Mənbələr