Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycanın iki yelkənçisi Türkiyənin Bodrum şəhərində keçriləcək “Mandarin Cup” beynəlxalq turnirində iştirak edəcək.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, yarışda ölkəmizi iki qız idmançı ilə təmsil olunacaq. Bunlar Nərgiz Məmmədova və Nəzrin Məmmədovadır.
Onlar yarışa türkiyəli məşqçi Mithat Can Yıldırımın başçılığı ilə qatılacaqlar.
Qeyd edək ki, “Mandarin Cup” beynəlxalq turniri yanvarın 13-dən 17-dək təşkil olunacaq.