AZ

"Beşiktaş" daha bir futbolçusu ilə vidalaşdı - RƏSMİ

“Beşiktaş”da "yarpaq tökümü" davam edir.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi futbolçusu Yunas Svenssonlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Norveçli müdafiəçi ilə müqaviləyə qarşılqılı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2024-cü ilin yayından "Beşiktaş"da çıxış edirdi. O, bu mövsüm “qara qartallar”ın heyətində 10 oyunda meydana çıxıb. 

"Beşiktaş" bu qış qapıçısı Mert Günok və müdafiəçisi Qabriel Paulista ilə də yolları ayırıb.

Seçilən
59
17
fanat.az

10Mənbələr