AZ

“Qız evində toydu, oğlan evinin xəbəri yox” Vüqar Nadirov

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, “Xankəndi” İbrahim Uzunca ilə baş məşqçi kimi yollarını ayırıb, türkiyəli mütəxəssis akademiyada uşaq futbolu üzrə əlaqələndirici vəzifəsini tutacaq.Onun boşaltdığı vəzifəni isə Vüqar Nadirovun tutacağı deyilir. Bu məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün gənc mütəxəssislə əlaqə saxladıq:

“Yalan məlumatdı. Mənə heç nə deyilməyib. Bir məsəl var e, “qız evində toydu, oğlan evinin xəbəri yox”. Klubdan heç kim mənlə əlaqə saxlamayıb. Hazırda “Şuşa” klubunun üzərində işləyirəm. 2009-cu ildə Nadir Qasımovun yaratdığı klub 2015-ci ilə qədər onun rəhbərliyi altında olub. İstəyirik ki, Şuşada futbol olsun. İndi də mən baş məşqçi olacam. Şans olsa, ikinci liqadan başlamaq istəyərik. Bəli, çətindi. Amma 2-ci liqada dağılmaq ehtimalı olan klublar var. Onların yerinə ola bilər ki, biz oynayaq. Sponsor hələ tapılmayıb, əsas elə bunun üzərində işlər gedir. “Xankəndi”dən təklif gəlsə? Vallah, nə deyim...”

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
icma.az

2Mənbələr