Bakı. Trend:
Keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeydedərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəniənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləriparalel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiznəticəyə nail ola bilərik.
Trend xəbər verir ki, Prezident İlham Əliyev busözləri Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmiaçılış mərasimində çıxışı zamanı bildirib.
"Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrikstansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir vəbu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyinöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bugün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azadedilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrikstansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340meqavatdır", - Prezident İlham Əliyev qeyd edib.