AZ

Füzuli rayonunun Molla Məhərrəmli kəndində yenidən alov müşahidə olunur

Füzuli rayonunun Molla Məhərrəmli kəndində yenidən alov müşahidə olunur.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə ötən gecə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə başlayan yanğın bu gün Füzuli rayonunun Mollaməhərrəmli kəndi ərazisində də müşahidə olunur.

Əhmədallar kənd sakinlərinin sözlərinə görə, vətəndaş məsuliyyətsizliyi səbəbindən çıxan yanğın az qala Cəbrayıl və Füzuli rayonlarında bir neçə yaşayış məntəqəsini alova bürüyüb.

Küləkli hava şəraitində baş verən yanğında yerli sakinlərin zərər görməməsinə səbəb küləyin əks istiqamətə əsməsi olub. Əks halda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndləri alov altında qalardı.

Qeyd edək ki, sözügedən ərazilərdə hələ də tüstü dumanı müşahidə olunur.

Seçilən
39
2
teleqraf.com

3Mənbələr