AZ

Ötən il iki tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı.Trend:

2025-ci il ərzində gömrük orqanları tərəfindən görülən tədbirlərnəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onlarınprekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 97 fakt aşkarolunub və bu faktlar üzrə, ümumilikdə 1 ton 824 kq 453 qramnarkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarıqanunsuz dövriyyədən çıxarılıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Aşkar edilən narkotiklərin 1 ton 274 kq 889 qramını marixuana,451 kq 012 qramını heroin, 86 kq 522 qramını həşiş, 10 kq 867qramını metamfetamin, 584 qramını metadon, 211 qramını tiryək, 154qramını kokain və digər maddələr təşkil edib.

Qeyd edək ki, qanunsuz dövriyyədən götürülmüş narkotiklərin97.1%-i Azərbaycan ərazisindən tranzit yolla keçirilməklə Avropanınqara bazarlarına çıxarılması üçün nəzərdə tutulurdu.

Ötən il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəlibilinən 95 nəfər barəsində müvafiq tədbir görülüb, həmçininnarkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 cinayətkar dəstəifşa edilib.

Eyni zamanda,105 cinayət işi üzrə gömrük orqanları tərəfindənmüxtəlif illərdə qanunsuz dövriyyədən götürülmüş və barələrindəməhkəmənin məhvetmə qərarı qəbul edilmiş, ümumilikdə 6 ton 715kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr yandırılmaqlaməhv edilib.

Seçilən
102
19
az.trend.az

10Mənbələr