Bakı, 8 yanvar, AZƏRTAC
Livan hakimiyyətinin “Hizbullah” hərəkatını tərksilah etmək səyləri qənaətbəxş deyil, lakin Beyrutun cəhdləri “ümidverici başlanğıc” ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir. İsrail tərəfi, həmçinin israr edir ki, ABŞ-ın vasitəçiliyi ilə yəhudi dövləti və ərəb respublikası arasında əldə edilən atəşkəs razılaşmasının mətndə “Hizbullah” hərəkatının tamamilə tərksilah edilməli olduğu açıq şəkildə göstərilib.
Qeyd edək ki, yanvarın 8-də Livan Silahlı Qüvvələrinin komandanlığı Litani çayının cənubundakı əraziyə nəzarəti bərpa etdiyini bildirib.