AZ

Putin məhkum olunmuş fransız Vinateyeni əfv edib

Fransa vətəndaşı rusiyalı basketbolçu Kasatkinlə dəyişdirilib...

Rusiya prezidenti Vladimir Putin məhkum edilmiş Fransa vətəndaşı Loran Vinateyeni əfv edib.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən məlumat yayıb.

FTX-nin açıqlamasında bildirilir ki, Vinateye Rusiya Federasiyası prezidentinin müvafiq fərmanı ilə əfv olunub. Qeyd olunur ki, Fransa vətəndaşı Rusiyada xarici agent kimi tanınıb və barəsində çıxarılmış hökm bu qərarla aradan qaldırılıb.

Məlumata görə, Loran Vinateye məhbus mübadiləsi çərçivəsində Rusiyaya qaytarılan rusiyalı basketbolçu Daniil Kasatkinlə dəyişdirilib. Kasatkin xaricdə beynəlxalq haker şəbəkəsi ilə əlaqədə şübhəli bilinirdi və bu səbəbdən saxlanılmışdı.

Mənbələr bildirir ki, mübadilə tərəflər arasında aparılan danışıqlar nəticəsində həyata keçirilib və bu addım Rusiya ilə Fransa arasında humanitar xarakterli razılaşmanın tərkib hissəsi kimi qiymətləndirilir. Hadisə beynəlxalq səviyyədə diqqət çəkib və iki ölkə arasındakı münasibətlər kontekstində mühüm siyasi siqnal kimi dəyərləndirilir.

Poliqon.info

Seçilən
122
4
poliqon.info

7Mənbələr