Maliyyə naziri Sahil Babayevə yeni müavin təyin edilib.
Ucnoqta.az xəbər verir ki, müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən bu gün imzalanıb.
Sözügedən vəzifəyə Natiq Həsənov gətirilib.
Qeyd edək ki, Natiq Həsənov 2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini, 10 mart 2025-ci il tarixdən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifələrində çalışıb.///unikal