AZ

Tramp adminstrasiyası Qrenlandiya üçün hərbi gücdən istifadə edə bilər

Ağ Ev Donald Tramp adminstrasiyasının Danimarka ərazisi olan Qrenlandiyanı ələ keçirməyi müzakirə etdiyini bəyan edib. Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Livit açıqlama verib. O bildirib ki, məsələ prezident və onun milli təhlükəsizlik qrupu tərəfindən nəzərdən keçirilir. Tramp administrasiyasının Qrenlandiyanı ilhaq etmək üçün hərbi variantı nəzərdən keçirib-keçirmədiyi barədə suala cavab olaraq Livit bildirib ki, bütün variantlar həmişə masadadır, lakin Trampın prioriteti həmişə diplomatiyadır.

Qeyd edək ki, Tramp administrasiyası Qrenlandiyanın ABŞ-nin təhlükəsizliyi üçün vacib ərazi olduğunu bəyan edib. Avropa liderləri birgə bəyanatda Danimarkaya dəstəklərini ifadə edərək, Qrenlandiyanın öz xalqına məxsus olduğunu və sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməli olduğunu bildiriblər.

Seçilən
52
50
metbuat.az

10Mənbələr