“Real Madrid” İspaniya Superkubokunun yarımfinalında “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, yanvarın 11-də keçiriləcək finalda “Real Madrid” “Barselona” ilə oynayacaq.
“Barselona” Superkubokun yarımfinalında “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub edib.
Beləliklə, bu komandalar turnirin finalında ardıcıl dördüncü dəfə qarşılaşacaqlar.
Əvvəlki üç oyundan ikisində “Barselona”, birində isə “Real Madrid” qalib gəlib.
İspaniya Superkubokunun hazırkı qalibi “Barselona”dır. Onlar keçənilki finalda “Real Madrid”i 5:2 hesabı ilə məğlub ediblər.