AZ

Qurban Qurbanov “Qarabağ”dan kimlərin gedəcəyini açıqladı

Digər klublardan həm yerli, həm də əcnəbi futbolçularımıza maraq var.

Ölkə.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, ən çox maraq yerli futbolçularadır: “Menecerlər tez-tez əlaqə saxlayırlar. Konkret kimin gedəcəyi və ya qalacağı bəlli deyil. Bu, Marko Yankoviçə də aiddir. Bütün mövqelər üçün oyunçu axtarırıq”.

Qurban Qurbanov transfer planlarını UEFA Çempionlar Liqasındakı nəticələrə əsasən qurmadıqlarını vurğulayıb:

"Futbolçu Bakıda olmasa, deyə bilmərik ki, keçid həll edilib. Bəzən son anda alınmayanlar olub. UEFA Çempionlar Liqasında mərhələ keçsək də, heyəti çox dəyişə bilmərik. Biz futbolçulardan narazı olduğumuz üçün yox, heyəti genişləndirmək məqsədi ilə oyunçu axtarırıq".

Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.

Seçilən
102
15
olke.az

10Mənbələr