Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
"İlin sonunda da demişdim ki, hazırda ən çox iş saatı ayırdığımız istiqamət futbolçu transferi ilə bağlıdır".
Oxu.Az xəbər verir ki, bunu media nümayəndələri üçün təşkil olunan açıq məşq və mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, komanda hər mövqe üçün danışıqlar aparır:
"Xeyli sayda futbolçuya baxırıq, danışıq aparırıq. Qapı xətti, müdafiə, hücum və orta xətt üçün axtarışlar gedir. Son vaxtlarda ümumiyyətlə dayanmırıq. Görək, danışıqlar hansı səviyyədə olacaq. Çox istəyirik ki, komandada bəzi mövqelərdə oyunçu sayını artıraq. Çünki keçən il çox güc sərf etdik. Əgər ilboyu belə davam edərsə, futbolçuların gücü, psixoloji hazırlığı çatmaz. Bu səviyyədə işimizi qoruyub-saxlamaq istəyiriksə, mövqelərdə oyunçularımızın çoxalmasına ehtiyac var. Bu, oyunumuza və məşq prosesinə kömək olacaq".
"Biz planımızı pley-off mərhələsinə görə qurmamışıq. Bizdə elə düşüncə olsa idi, Liqa mərhələsinə düşəndə daha çox addım atardıq. Hər bir halda gördünüz ki, istədiklərimizin hamısını edə bilmədik. Transfer elə həddə çatıb ki, futbolçu burada olmasa, imza atıb deyə bilmərik ki, onu gətirdik. Bu günə qədər bu futbolçularla indiki yerə gəlib çıxmışıq. Onsuz da mərhələni keçsək də, iştirak ərizəsinə çox futbolçunu sala bilməyəcəyik. Böyük limit də vermirlər. Hər bir halda dəyişiklik etmək istəyirik. Əlimdə olan futbolçulardan narazı deyiləm" - deyə, baş məşqçi qeyd edib.
Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə qarşılaşacaq.
Murad Nəsimi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.