“Müəyyən bir kateqoriya jurnalistlər var ki, onların marağı yazı dərc edib sonra aidiyyatı şəxsdən pul tələb etməkdir”.
KONKRET.az xəbər verir ki, bu fikiri deputat Razi Nurullayev “TV 1” telekanalının layihəsi olan “Media gündəmi” verilişində səsləndirib.
“Reket jurnalistlər bir yazını saytda yerləşdirir. Sonra isə onu silmək üçün deputatdan pul tələb edir. Mən bu cür halla qarşılaşmışam. Ancaq qəti surətdə pul verməmişəm. Ümumiyyətlə, bundan sonra da pul vermək fikrim yoxdur. Əksinə mənə qarşı bu cür hərəkət edən bi reket jurnalisti həbsə atdırmışam. İndi həbsdən çıxıb. Üzərinə böyük cərimə də qoyublar. Ancaq bu haqda çox danışmıram. Çünki Razi Nurullayevin jurnalistlərlə mübarizə aparan deputat kimi qələmə verilməsini istəmirəm”, – deyə millət vəkili vurğulayıb.
@konkretaz #razi #razinurullayev #deputat ♬ orijinal ses – KONKRET TV
Geniş müsahibəyə bu linkdə baxa bilərsiniz: https://youtu.be/yN7ehppSaYU?si=8_ZWprvf5A-KiEx2
Müşviq Tofiqoğlu
KONKRET.az