AZ

907-ci düzəlişin aradan qaldırılması strateji məna daşıyan addım idi- ÖZƏL

"Cənab Prezidentin mətbuata müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri də 907-ci düzəlişin qəbulunda fəal rol oynamış şəxslərin adının açıq şəkildə çəkilməsi oldu. Dövlətimizin başçısı bəyan etdi ki, bu prosesin əsas təşəbbüskarlarından biri sonradan ABŞ Prezidenti olmuş Co Bayden idi". "Olaylar" xəbər verir ki, bunu  YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Bu fakt, əslində, Obama-Bayden və Bayden-Blinken administrasiyaları dövründə Azərbaycan-ABŞ münasibətlərinin niyə böhranlı vəziyyətə salındığını izah edən əsas siyasi açardır. Bu administrasiyalar dövründə Vaşinqtonun Azərbaycanı "lazım olduğu qədər" xatırlaması, ehtiyac bitən kimi isə 907-ci düzəlişi yenidən tətbiq etməsi ABŞ xarici siyasətində praqmatizmin yox, ikili standartların hökm sürdüyünü açıq şəkildə nümayiş etdirdi. Cənab Prezidentin "sizə yenə lazım olacağıq, amma onda bizim qapımızı döyməyin" fikri, əslində, zamanla öz təsdiqini tapmış siyasi uzaqgörənlik idi. Müsahibənin ən mühüm siyasi xətti Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə Amerika-Azərbaycan münasibətlərində köklü dəyişikliklərin başlanması ilə bağlı idi. Cənab Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, Tramp administrasiyası ideoloji yanaşmadan uzaq, milli maraqlara əsaslanan praqmatik siyasət yürüdür. Bu praqmatizmin məntiqi nəticəsi olaraq, Ağ Evdə Prezident Trampın iştirakı ilə 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılması simvolik yox, strateji məna daşıyan addım idi. Bu addımın davamı kimi strateji işçi qrupunun yaradılması, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, qarşılıqlı investisiya, nəqliyyat, enerji, hərbi-sənaye sahələrində əməkdaşlığın müzakirəsi Azərbaycanın artıq regional deyil, qlobal tərəfdaş kimi qəbul edildiyini göstərir. Cənab Prezident İlham Əliyevin müsahibəsində ABŞ-Azərbaycan münasibətlərinin ən real nəticələrindən biri kimi Zəngəzur dəhlizinin açılmasının artıq mübahisə mövzusu olmadığı xüsusi vurğulandı. Dövlət başçısı qəti şəkildə bildirdi ki, bu yolun adı dəyişə bilər, amma mahiyyəti dəyişməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr