AZ

AFFA 3 komandanın şikayətini təmin etdi

style='margin-bottom:10px;'>

AFFA Region Liqasında çıxış edən “Ağsu Siti”, “Hacıqabul” və “Lokomotiv Baku”nun apellyasiya şikayətlərini təmin edib.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalının qərarında bildirilib: 

"Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Ağsu Siti” Futbol Klubunun  təqsiri olmadığı müəyyən edilsin və 26 oktyabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan "Ağsu Siti" – "Ağcabədi" oyunu "Ağsu Siti" komandası təhlükəsizliyi (polis) təmin etmədiyinə görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 30 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin.

Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən "Ağsu Siti" – "Ağcabədi" arasında olan oyun yenidən keçirilsin. 

Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Hacıqabul” Futbol Klubunun  təqsiri olmadığı müəyyən edilsin və 21 dekabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan "Hacıqabul" – "Ucar" oyunu "Hacıqabul" komandası həkimlə təyin etmədiyinə görə baş tutmadığı üçün "Hacıqabul"a 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 26 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.

Apellyasiya Arbitraj Tribunalının əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən "Hacıqabul" – "Ucar" arasında olan oyun yenidən keçirilsin.

Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Lokomotiv Baku” Futbol Klubunun  təqsiri olmadığı müəyyən edilsin və 6 dekabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan "Lokomotiv Baku" – "Kristal" oyunu ev sahibi komandası tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyinə görə baş tutmadığı üçün "Lokomotiv Baku"ya 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 10 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.

Apellyasiya Arbitraj Tribunalının əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən “Lokomotiv Baku” FK – “Kristal” arasında olan oyun yenidən keçirilsin".

Seçilən
58
3
teleqraf.com

4Mənbələr