AZ

ABŞ Prezidenti: “Kuba iqtisadiyyatı Venesuela dəstəyindən asılıdır”

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Kuba pul və neft baxımından tamamilə Venesuelaya güvənir”

ABŞ Prezidenti Donald Tramp Kuba iqtisadiyyatının tamamilə Venesuelanın maliyyə və enerji dəstəyindən asılı olduğunu iddia edib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə “Fox News”a verdiyi müsahibədə bildirib.

"Kuba pul və neft baxımından tamamilə Venesuelaya güvənir və bunun müqabilində Venesuelaya müdafiə təmin edir. Həmişə belə olub", - deyə Prezident bildirib.

Qeyd edək ki, 3 yanvarda ABŞ "Mütləq qətiyyət" əməliyyatına başlayıb və nəticədə Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Karakasda ələ keçirilib və Nyu-Yorka gətiriliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
ayna.az

1Mənbələr