AZ

​“Qalatasaray”da narazılıq -

“Qalatasaray”ın gənc futbolçusu Yusuf Demir problemlə üzləşib. Baş məşqçi Okan Buruk Yusufu əsas heyətdən kənarlaşdırıb. Onun komanda yoldaşları ilə məşqə çıxması qadağan olunub. Metbuat.az xəbər verir ki, buna səbəb 23 yaşlı futbolçunun ödənilməyən maaşını istəməsidir. Yusuf klubun ona borclu olduğu 600 min avronu tələb etdiyi üçün “Qalatasaray” rəhbərliyinin qəzəbinə tuş gəlib.

Qeyd edək ki, Yusufla həm Türkiyədə, həm də ölkənin hüdudlarından kənarda bir çox komanda maraqlanır. "Qalatasaray" futbolçu üçün transfer haqqı tələb etmir.

Seçilən
98
13
metbuat.az

10Mənbələr