AZ

Enerji layihələri Azərbaycanın qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın enerji diplomatiyasının uğurları biri-biriniəvəzləməkdədir. Zəngin enerji resurslarına malik olan ölkəmiz1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi vəsiyasi mövqeyini möhkəmləndirmək imkanı qazandı.

Ölkəmizin bugününü müstəqilliyinin bərpasının ilk illəri iləmüqayisə etdikdə bunu aydın şəkildə görürük. Baxmayaraq ki,Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbiiresurslara görə dünyanın diqqət mərkəzində olub, müstəqilliyimizinbərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyiölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərintərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyalarıntəhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu ÖndərHeydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışındansonra ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılmasıbu tərəddüdlərin aradan qaldırılmasında stimulverici amil oldu.Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.Məhz o illərdə yaradılan möhkəm təməlin nəticəsində bu gün böyükəminliklə qeyd edirik ki, Azərbaycan investisiya cəlbediciliyiniqoruyan ölkədir. Ölkə iqtisadiyyatına yatırılan investisiyalarınhəcmi 310 milyard dollardan çoxdur ki, bunun da 200 milyard dollarıqeyri-neft sektorunun payına düşür.

Bugünümüzün əsas çağırışlarından biri bərpaolunan enerjimənbələrinə investisiyaların yatırılmasıdır. Enerjitəhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatınınşaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün dəölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülənişlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətlitərəfdaş mövqeyini daha da gücləndirir. İşğaldan azad edilmişQarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasıyaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyatakeçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətrafmühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”,“ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistembərpa olunur.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı bildirib ki, Səudiyyə ƏrəbistanıKrallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVtgücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyəverilməsi ölkəmizin enerji təhlükəsizliyinin daha damöhkəmləndirilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, bustansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonundaisə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsibərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrəburada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşlarınmühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illikenerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdətutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qazaqənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferəatılmasının qarşısı alınacaq. “Xızı-Abşeron” Külək ElektrikStansiyasının “Gülüstan” sarayında keçirilən rəsmi açılışmərasimində çıxış edən Prezident İlham Əliyev stansiyasınınistismara verilməsini çox önəmli hadisə kimi dəyərləndirdi. Qeydetdi ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öztöhfəsini verəcək. Son 20 il ərzində bizim enerji sistemimiz, yənigenerasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücüxətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdəyaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədətəxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüztəxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə deməkmümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonranövbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiyagücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizəimkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təminedək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan böyük bərpaolunanenerji potensialına malik olan ölkədir. Azərbaycan tarixən neftölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisiixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regiondayaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrəliderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyüktöhfə verir. Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunanenerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır.2030-cu ilədək respublikamızın “yaşıl artım” ölkəsinə çevrilməsininvə təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dairmilli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanınenerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu günölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişafedir. Növbəti böyük stansiyaların Biləsuvar, Neftçala, Naxçıvan vəişğaldan azad edilmiş ərazilərdə açılışı nəzərdə tutulur. Xəzərdənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalqqiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni, növbətiillərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Son beş ilərzində yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurdadövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyasıinşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarınınxəritəsi tərtib edilib və həmin bölgədə təqribən 500-600 meqavatgücündə kiçik su elektrik stansiyalarının inşa edilməsi nəzərdətutulur. Bərpaolunan enerji resurslarının texniki potensialıQarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt həcmindəqiymətləndirilir

Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək ElektrikStansiyasının rəsmi açılış mərasimindəki çıxışında qeyd etdi ki,Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xariciinvestorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir.Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub:“Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini buqərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki,Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələridaim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzunillərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda birdənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz dədəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizəcəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlıdövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın bu gün böyükinvestisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında“Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Lider Heydər Əliyevbildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hərbir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki,investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin olabilərlər. Azərbaycana böyük uğurlar qazandıran bu siyasət uğurladavam etdirilir. Azərbaycan bu gün sabitlik məkanıdır vəinvestorlar ancaq sabitlik olan yerlərə sərmayə qoyurlar. Bu inamda səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədarAzərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki,bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olantorpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsuspotensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həmPrezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsühəyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafadair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmişərazilərimizin malik olduqları potensialdan istifadə etməkimkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuzböyük investisiyalar məkanına çevriləcək.

Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda icra olunan birincimərhələ üzrə təqribən 2 QVt, sonrakı 5 il və daha uzun dövrdə əlavə6 QVt-dan çox bərpa olunan enerji güclərinin istifadəyə verilməsinəzərdə tutulur. Birinci mərhələ üzrə yaradılacaq güclərin əsastəyinatı daxili istehlak, sonrakı mərhələ üzrə isə iqtisadisəmərəlilik meyarı əsas götürülməklə ixrac və ya data mərkəzlərinenerji təminatı olacaq. Reallıq budur ki, Azərbaycan qlobal vəregional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardanbiri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsindədavamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi vətəhlükəsizliyi dəstəkləyir. Yaşıl enerji növlərinin yaradılması vəyaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerjisiyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisiistehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrininpayının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Seçilən
45
8
az.trend.az

9Mənbələr