AZ

Bundesliqanın iki oyunu “Elli” fırtınası ilə əlaqədar təxirə salınıb

Berlin, 9 yanvar, AZƏRTAC

Almaniyanın bir sıra əyalətlərində tüğyan edən “Elli” fırtınası Bundesliqanın da oyunlarına təsir edib.

AZƏRTAC xəbər verir ki, Alman Futbol İttifaqı (DFB) ölkə çempionatının 16-cı turu çərçivəsində keçirilməli olan iki qarşılaşmanın – “Verder Bremen” - “Hoffenhaym” və “St Pauli” - “Leypsiq” görüşlərinin fırtına ilə əlaqədar təxirə salındığını açıqlayıb.

Hər iki klubun rəhbərlikləri stadionlarda xeyli həcmdə qar kütləsinin toplanması və ərazinin buz bağlanmasının oyunların keçirilməsinə imkan verməməsi barədə DFB-yə müraciət etdikdən sonra belə bir qərar qəbul olunub.

Hər iki oyunun yanvarın 10-da keçirilməsi nəzərdə tutulurdu.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
109
1
azertag.az

2Mənbələr