AZ

Gəncədə iki maşın toqquşdu, iki nəfər xəstəxanalıq oldu - FOTO

Gəncədə 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Təbriz küçəsində hərəkətdə olan "Ford"la "Xəzər" markalı avtomobil toqquşub.

Qəza zamanı maşınlardan biri mağazaya, digəri isə stomatoloji kabinetə çırpılıb. Hadisə zamanı 2002-ci il təvəllüdlü Samir Məmmədov və 2001-ci il təvəllüdlü Emil Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
71
2
bizim.media

3Mənbələr