AZ

İranda etirazlar iki həftədir davam edir Binalar yandırılır, küçələr dağıdılır

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranda iki həftə əvvəl başlayan kütləvi etirazlar bu gecə də davam edib.

BAKU.WS "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Tehran başda olmaqla bir sıra şəhərlərdə etirazçılar gecə saatlarında küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.

Yayılan məlumatlara görə, aksiya iştirakçıları mövcud siyasi idarəçiliyə etiraz ediblər. Etirazların bir neçə şəhərdə eyni vaxtda baş verdiyi bildirilir.

Hökumətyönlü media qurumları şəhər küçələrində baş verdiyi iddia olunan dağıntıların görüntülərini yayımlayıblar.

Etirazçılar "ictimai əmlakı məhv etməkdə" və "etirazlar adı altında ölkəyə qarşı düşmənçilik etməkdə" ittiham olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
4
baku.ws

5Mənbələr