Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri iləyanvarın 9-da ümumi çəkisi 31 kiloqramdan artıq narkotik vasitəaşkar olunaraq götürülüb.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr– 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdanartıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davametdirilir.