AZ

BŞİH şirkətin qanunsuz əməlinin qarşısını alıb

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı şəhərində piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Reyting.az-a bildiriblər ki, görülən işlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Piyada səkilərinin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri də var. Bununla əlaqədar Baki Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır.

Bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb. Sözügedən ərazidə inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb.

Digər belə hal Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində qeydə alınıb. Burada piyada səkisini ləğv edərək parking ərazisinə giriş təşkil etməyə cəhd göstəriblər.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Baki Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitoringlər keçirilərək bu kimi negativ hallara qarşı tədbirlərin görüləcəyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
17
reyting.az

10Mənbələr