AZ

Rza Pəhləvidən sensasion çağırış: “Şəhər mərkəzlərini ələ keçirməyə və İrana qayıtmağa hazırlaşıram” – VİDEO

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi videomüraciətlə çıxış edərək ölkəyə mümkün qayıdışını anons edib və genişmiqyaslı etirazlara çağırış edib.

NOCOMMENT.az xəbər verir ki o, xüsusilə nəqliyyat, neft-qaz və enerji sektorlarında çalışan işçilərə müraciət edərək ümummilli tətilə başlamağa səsləyib.

Rza Pəhləvi bildirib ki, artıq məqsəd təkcə küçələrə çıxmaq deyil. Onun sözlərinə görə, əsas hədəf şəhər mərkəzlərini ələ keçirməyə və onları nəzarətdə saxlamağa hazırlaşmaqdır. O vurğulayıb ki, bu mərhələ İran daxilində təşkilatlanmış və davamlı müqavimət tələb edir.

Videomüraciətində Rza Pəhləvi həmçinin özünün İrana qayıdışa hazırlaşdığını açıqlayıb. O deyib ki, milli inqilabın qələbəsi anında ölkəsinə dönərək İran xalqı ilə çiyin-çiyinə dayanmaq niyyətindədir. Pəhləvi bu günün artıq çox yaxın olduğuna inandığını bildirib və İran xalqını “böyük millət” adlandıraraq onlara ümid mesajı verib.

Sara

Seçilən
114
1
nocomment.az

10Mənbələr