Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəAbşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəliyaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetməxidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəliyaşayış binasının elektrik şaxtasında baş vermiş yanğıngenişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədənqısa müddətdə söndürülüb.
Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri 30p.m.yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25nəfər bina sakini təxliyə olunub.
Bir nəfər tüstüdən zəhərlənib.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.