AZ

Ağdamda qəza - Piyada xəsarət aldı

BAKI, 10 yanvar. TELEQRAF

AĞDAM, 10 yanvar. TELEQRAF

Ağdamda yol nəqliyyat hadisəsi zamanı piyada xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı 90 LS 885 dövlət nömrəli avtomobil yolu keçən Ağdam rayon Baharlı qəsəbə sakini Orxan adlı şəxsi vurub.

Qəza zamanı xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Seçilən
36
2
teleqraf.com

4Mənbələr