Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya qarşı son hücumları ilə əlaqədar fövqəladə iclas keçirəcək.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.
"Biz Təhlükəsizlik Şurasını təcavüzün dayandırılmasını tələb edərək, mülki əhalini qoruyaraq və Ukraynanın suverenliyinə dəstəyi əsirgəmədən məqsəd birliyini nümayiş etdirməyə çağırırıq", - Sibiqa vurğulayıb.
O, iclasın yanvarın 12-də keçiriləcəyini bildirib.
Qeyd edək ki, yanvarın 8-dən 9-na keçən gecə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə ballistik raketlərlə zərbələr endirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.