Berlin, 10 yanvar, AZƏRTAC
“Bayer Leverkuzen” klubu Bundesliqanın 16-cı turunda öz meydanında “Ştutqart” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, görüşdə “Ştutqart” böyükhesablı qələbə qazanıb - 4:1.
Bu gün keçirilən digər görüşlərdə “Frayburq” öz meydanında “Hamburq”a qalib gəlib – 2:1. “Union Berlin” – “Maynts” və “Haydenhaym” – “Köln” görüşləri eyni hesabla heç-heçə başa çatıb – 2:2.
Bu turun bazar günü oynanılacaq iki görüşündə Borussiya Mönxenqladbaxın “Borussiya” klubu öz meydanında “Auqsburq”u, “Bafariya” isə Münxendə “Volfsburq”u qəbul edəcək.
Xatırladaq ki, 16-cı tur çərçivəsində bu gün keçirilməli olan “Verder Bremen” – “Hoffenhaym” və “St Pauli” – “Leyptsiq” görüşləri Almaniyada tüğyan edən “Elli” fırtınası ilə əlaqədar təxirə salınıb.
Turun açılış matçında Frankfurtun “Ayntraxt” və Dortmundun “Borussiya” klubları üz-üzə gəliblər. Görüşdə komandalar hərəyə üç dəfə fərqləniblər – 3:3.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin