AZ

Matçın oyunçusu seçilən Osimhen: Buna diqqət yetirməyə ehtiyac yoxdur

Nigeriya millisinin ulduz hücumçusu Viktor Osimhen komandasının Afrika Millətlər Kubokunun 1/4 finalında Əlcəzair üzərində qazandığı qələbədən sonra fikirlərini bildirib.

Publika.az xəbər verir ki, turnirin mətbuat xidməti hücumçunun sözlərini sitat gətirib:

“Qol vurdum və məhsuldar ötürmə etdim, amma performansıma diqqət yetirməyə ehtiyac yoxdur. Bütün komandanın performansını qiymətləndirməliyik. Güclü rəqibi məğlub etdik və Əlcəzairin çoxlu yaxşı oyunçuları var”.

Seçilən
74
2
publika.az

3Mənbələr