AZ

İstanbulda partlayış- YARALANANLAR var

Ajans.az  xəbər verir ki, kompleksin girişindəki karqo qəbulu məntəqəsinə çatdırılan bağlama qısa müddət sonra naməlum səbəbdən partlayıb. Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb. Onlara yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanaya aparılıblar. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Partlayışın baş verdiyi ərazinin ətrafı təhlükəsizlik lenti ilə əhatəyə alınıb və polis ərazidə araşdırmaya başlayıb. Partlayışın dəqiq səbəbi texniki araşdırmadan sonra müəyyən ediləcək.

Seçilən
100
2
Ajans.az

10Mənbələr