Türkiyənin İstanbul-İzmir şosesinin Balıkesir vilayətindən keçən hissəsində 12 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, qəzada 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yaralılar müalicə üçün təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Qəza səbəbindən magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb
Hadisə güclü yağış zamanı baş verib.
DOĞRU.AZ