AZ

Aslanyan özündən çıxdı, ermənilər çağırış etdi: Şüşədəki xəritəyə baxın FOTO

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Erməni vəkil Raffi Aslanyan Azərbaycanın “Basarkeçər” şərabına görə təşvişə düşüb. 

Globalinfo.az xəbər verir ki, Aslayan şərabın adı və üzərində təsvir olunan xəritəyə diqqət çəkib.

O, “Basarkeçər”in dünya səviyyəsində tanınmasına diqqət çəkib:

“Xəritədə bizim Geqarkunik (Göyçə mahalı-red.) bölgəsi təsvir olunub. Üzərindəki toponimlər Azərbaycan adları ilə qeyd edilib. Onlar buranı Qərbi Azərbaycan adlandırırlar və dünyaya belə təqdim edirlər. Ərazi Sevan gölü (Göyçə gölü-red.) ətrafıdır. Orada mənim doğulduğum Martuninin adı belə başqa cür verilib. Sözügedən şərab Asiya və Amerika bazarlarında geniş satılır”.

Maraqlıdır ki, bu, ermənilərin “Basarkeçər” şərabı ilə bağlı ilk narahatlığı deyil. 2020-ci ildə də sözügedən şərabın fotosu Ermənistan KİV-də yayılmışdı.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
globalinfo.az

2Mənbələr