AZ

Tramp: İran danışıqlar təklif edib, ABŞ cavab variantlarını müzakirə edir

Vaşinqtonun Tehranı vurmaqla hədələməsindən sonra İran danışıqlara başlamağı təklif edib. Bunu ABŞ prezidenti Donald Tramp bildirib. 

Trampın sözlərinə görə, bu bəyanat İranda etirazçılara qarşı sərt müdaxilələr fonunda səsləndirilib. Rəsmi olmayan məlumatlara əsasən, etirazlar zamanı ölənlərin sayı azı 544 nəfərə çatıb.

Associated Press-in xəbərinə görə, Tramp və onun milli təhlükəsizlik komandası İrana qarşı mümkün cavab tədbirlərini, o cümlədən kiberhücumları, eləcə də ABŞ və ya İsrail tərəfindən birbaşa zərbələr endirilməsi variantlarını müzakirə ediblər.

“Ordu bu məsələni müzakirə edir və biz bəzi çox təsirli variantlara baxırıq,” – Tramp daha əvvəl bildirmişdi.

İranın mümkün cavab addımları ilə bağlı suala cavab verən Tramp deyib ki, Tehran qarşılıq versə, ABŞ “indiyədək üzləşmədiyi miqyasda” zərbə endirəcək.

ABŞ prezidenti administrasiyasının Tehranla görüş təşkil etmək üçün danışıqlar apardığını da təsdiqləyib. Bununla belə, o, İranda ölənlərin sayının artmaqda davam etdiyini və hökumətin etirazçıları həbs etdiyini vurğulayaraq, Vaşinqtonun əvvəlcə özü hərəkətə keçməli ola biləcəyi barədə xəbərdarlıq edib.

Trampın sözlərinə görə, İran hazırda danışıqlarda maraqlıdır.

Gülnar 

Seçilən
5
50
anews.az

10Mənbələr