AZ

"Azərbaycan Avropadan Mərkəzi Asiyaya təbii qapıdır"

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Haaqada ekspertlərlə görüşündə bildirib.

"Bu, (yaşıl enerji - red.) Niderlandla Azərbaycan arasında ikitərəfli iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilə biləcəyi sahələrdən biridir. Çünki Niderland qabaqcıl texnologiyalar, eləcə də nou-haularla bu sahədə liderlərdən biridir və biz bu sahədə tərəfdaşlığımızı genişləndirən bir ölkəyik", - "JASON Institute for Peace and Security Studies" E.Əmirbəyovun sözlərini sitat gətirib.

Ekspertlərlə söhbət zamanı Prezidentin xüsusi nümayəndəsi, həmçinin rəsmi Bakının xarici siyasət prioritetlərinə toxunub, xüsusilə Azərbaycanın Mərkəzi Asiya regionu ilə ittifaqının əhəmiyyətini vurğulayıb:

"Mərkəzi Asiya təbii sərvətlərin bolluğu və vacib strateji geoiqtisadi mövqeyinə görə bir çox böyük oyunçuların marağını cəlb edən bir regiondur. Lakin qərb nöqteyi-nəzərindən yanaşsaq, Azərbaycan Avropadan Mərkəzi Asiyaya təbii qapıdır".(Report.az).

AzVision.az
Seçilən
17
1
azvision.az

3Mənbələr