AZ

Bu gün Azərbaycan klubları Türkiyədə yoxlama oyunları keçirəcək

Bakı, 12 yanvar, AZƏRTAC

Mövsümün ikinci yarısına Türkiyənin Antalya bölgəsində hazırlaşan "Qarabağ", "Zirə" və "Sumqayıt" komandaları bu gün yoxlama oyunlarına çıxacaqlar.

AZƏRTAC xəbər verir ki, Ağdam klubu Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə qarşılaşacaq.

"Zirə" Rumıniyanın "Çiksereda", "Sumqayıt" isə Serbiyanın OFK (Belqrad) komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama görüşündə Macarıstanın "Pakş" kollektivinə 1:5 hesabı ilə məğlub olub.

Seçilən
43
2
azertag.az

3Mənbələr