AZ

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, yanvarın 10-da 1955-ci il təvəllüdlü Gülxar Əhədova yaşadığı Keşlə qəsəbəsində evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Qaradağ rayonunda isə yanvarın 11-də 1960-cı il təvəllüdlü Seyfulla Seyfullayev yaşadığı mənzilin hamamında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
2
3
apa.az

4Mənbələr