Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.
"Unikal" xəbər verir ki, 1955-ci il təvəllüdlü Gülxar Əhədova yaşadığı Keşlə qəsəbəsində evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Qaradağ rayonunda isə yanvarın 11-də 1960-cı il təvəllüdlü Seyfulla Seyfullayev yaşadığı mənzilin hamamında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.