AZ

Gəncədə 5 nəfər dəm qazından zəhərlənib - YENİLƏNİB

Yanvarın 12-də saat 02:20 radələrində 2 azyaşlı (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə (1 kişi, 2 qadın) Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

05.26

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü S. Hüseynov, 1968-ci il təvəllüdlü G. Rüstəmova, 1994-cü il təvəllüdlü Ü. Hüseynova, 2014-cü il təvəllüdlü Q. Hüseynov və 2017-ci il təvəllüdlü S. Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar bir ailənin üzvləridir.

Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
12
apa.az

10Mənbələr