AZ

6 ildi ölkəsində rəqib tanımır!

Norveçdə 2025-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Sorğunun nəticəsi heç kimi təəccübləndirməyib.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Holann növbəti dəfə bu ada layiq görülüb. Bu haqda Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu ardıcıl 6-cı dəfə bu nominasiyanın qalibi olub. Ondan əvvəl Norveçdə ilin ən yaxşı futbolçusu seçilən sonuncu oyunçu 2019-cu ildə bu mükafatı qazanan Martin Edeqor olub.

Erlinq 2025-ci ildə klub səviyyəsində bütün turnirlərdə 49 oyuna çıxaraq 42 qol vurub və 8 məhsuldar ötürmə edib. O, milli komandanın heyətində il ərzində keçirdiyi 10 oyunun hamısında fərqlənərək ümumilikdə 17 qol vurub və 2 dəfə assist edib. Norveç yığmasının bu il keçiriləcək dünya çempionatına vəsiqə qazanmasında onun böyük rol oynadığını da vurğulayaq.

Seçilən
7
1
football-plus.az

2Mənbələr