Bakı, 12 yanvar, AZƏRTAC
Türkiyənin “Beşiktaş” komandasından ayrılan braziliyalı futbolçu Qabriel Paulista karyerasını ölkəsində davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 35 yaşlı müdafiəçi “Korintians”a keçib. Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
Qabriel Paulista 2024-cü ildən “Beşiktaş”da çıxış edirdi.