BAKI, 12 yanvar. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonunun Mirzəcəfərli kəndində fəaliyyət göstərən “Muğan Məkanı” restoranında yoxlama keçirib.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, restoran Sadıxov Elnur Saleh oğluna məxsus olub.
Baxış zamanı restoranda sanitar norma və qaydaların pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və restoranın fəaliyyəti məhdudlaşdırılıb.