Bakı.Trend:
Yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciətedərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyinivə avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindənuzaqlaşdıqlarını bildirib.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsiəməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlinitörətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfərmüəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsikameralar vasitəsilə də qeydə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.