AZ

"Barselona" oyunu: Ardanın bu hərəkəti gündəm oldu

İspaniya Superkubokunun finalında "Barselona" ilə oyundan sonra "Real Madrid"in türkiyəli gənc futbolçusu Arda Güler diqqət mərkəzinə düşüb.
ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçdan sonra əsəblərini cilovlaya bilməyən futbolçu meydançanın kənarındakı əşyaya zərbə endirmək istəyib.
Həmin vaxt futbolçu sürüşərək kürəyi üstə yıxılıb. Tez ayağa qalxan futbolçu hirsli şəkildə paltardəyişmə otağına yollanıb.
Ardanın aqressiv hərəkətləri sosial platformalarda geniş yayılıb.
Qeyd edək ki, Superkubokun finalında "Barselona" "Real Madrid"i 3:2 hesabı ilə məğlub edib.

Seçilən
24
1
onn.az

2Mənbələr