Bakı. Trend:
2025-ci ildə Azərbaycandan qaz ixracı 25,2 milyard kubmetrtəşkil edib.
TrendEnergetika Nazirliyinə istinadən xəbər verir ki, bu, əvvəlki illəmüqayisədə eyni səviyyədə qalıb.
Hesabat ilində ixrac edilmiş qazdan 12,8 milyard kubmetrAvropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyardkubmetr isə Suriyaya nəql edilib.
2024-cü illə müqayisədə ötən il Azərbaycandan Avropaya qazixracı 0,1 milyard kubmetr (-0,8%), Türkiyəyə 0,3 milyard kubmetr(-3%) (TANAP-la ixrac eyni səviyyədə qalıb), Gürcüstana isə 0,1milyard kubmetr və ya (-4,1%) azalıb.