AZ

Kyeza bu həftə "Liverpul"u tərk edə bilər

"Liverpul"un sağ cinah müdafiəçisi Federiko Kyeza bu ay İngiltərə nəhəngini tərk etməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, italiyalı futbolçu sabiq klubu "Yuventus"a qayıtmaq istəyir. Mənbə Turin təmsilçisinin Kyezanı sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürməyi hədəflədiyini və keçidin yaxın 1 həftə ərzində reallaşmaq ehtimalının böyük olduğunu vurğulayıb.

Xatırladaq ki, Kyeza 2024-cü ilin avqustunda, 12 milyon avro qarşılığında "Yuventus"dan transfer olunub. Onun "qırmızılar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Liverpul"da 20 matça çıxan Federiko ümumilikdə 469 dəqiqə meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
5
2
fanat.az

3Mənbələr